Dünya

ABŞ sərhədçiləri Ermənistana niyə gəlmir? – Ovannisyan

ABŞ sərhədçiləri Ermənistana niyə gəlmir? – Ovannisyanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın gömrük və sərhəd nəzarəti üzrə mütəxəssislərinin hələ də Ermənistana gəlməməsi Ağ Evdəki administrasiya dəyişikliyi ilə bağlıdır.

7Times.az xəbər verir ki, bunu Ermənistan XİN baş nazirinin müavini Paruyr Ovannisyan jurnalistlərə açıqlamasında deyib.

Ovannisyan əldə olunmuş razılaşmaların qüvvədə qaldığını və onların ləğv edilmədiyini vurğulayıb.

Bununla belə, mütəxəssislərin gəlişi ilə bağlı müddətlərin Ağ Evdə yeni komandanın formalaşması ilə əlaqəli olduğunu nəzərə almaq lazım gəldiyini qeyd edib.

O, həmçinin Ermənistanın qonşu İranla da bu məsələni razılaşdırdığını bildirib.

Bildirək ki, ABŞ-dan gömrük və sərhəd nəzarəti üzrə ekspertlərin Ermənistana məsləhət yardımı göstərmək üçün səfər edəcəyini 14 yanvar tarixində sabiq dövlət katibi Entoni Blinken elan etmişdi. Bu, İrəvanın Vaşinqtonla strateji tərəfdaşlıq haqqında xartiyanı imzalaması çərçivəsində baş vermişdi. Mütəxəssislərin bir həftə ərzində gələcəyi gözlənilirdi.

Axar.az