Ermənistanın keçmiş təbiətin mühafizəsi naziri Vardan Ayvazyan saxlanılıb.
7times.az xəbər verir ki, bu barədə “News.am”a onun vəkili Miqran Poqosyan bildirib.
O qeyd edib ki, hələlik Ayvazyana qarşı ittiham irəli sürülməyib.
Vəkilin sözlərinə görə, Vardan Ayvazyan noyabrın 9-dan 10-na keçən gecə etiraz aksiyalarının təşkilində şübhəli bilinir.
Daha əvvəl Ermənistan MTN-in sabiq nazir Vardan Ayvazyanın mənzilində axtarış aparması barədə xəbər verilmişdi.qafqazinfo
Follow @7timesaz