AFFA hazırda Yunanıstanın “Atromitos” klubunda çıxış edən futbolçu Əmir Ağayevin Azərbaycan milli komandasında çıxış edə bilməsi üçün müvafiq qaydada FIFA-ya müraciət ünvanlayıb.
7times.az qurumun saytına istinadən xəbər verir ki, futbolçunun millimizin təlim-məşq toplanışına çağırılması ilə bağlı AFFA-dan “Atromitos” klubuna rəsmi dəvət göndərilib.
FIFA-nın müvafiq komissiyasında Əmir Ağayevlə bağlı müraciətə növbəti həftə baxılacağı bildirilib.
Mövcud qaydalara əsasən, ölkə xaricində çıxış edən hər hansı futbolçunun milli komandaya dəvət olunması üçün müraciət kluba toplanışın başlanma tarixindən ən azı 10 gün əvvəl göndərilməlidir.
Follow @7timesaz