Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyaya səfər edib.
7Times.az xəbər verir ki, Türkiyə lideri Albaniyanın paytaxtı Tiranada
“Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak edəcək.
Prezidentin ölkədə olmayacağı müddətdə onun səlahiyyətləri müvəqqəti olaraq vitse-prezident Cevdet Yılmaz həyata keçirəcək.
Rəcəb Tayyib Ərdoğanın bununla bağlı müvafiq sərəncam imzaladığı bildirilir.
Məlumata görə, Ərdoğan Albaniyaya səfər edib və bununla əlaqədar Cevdet Yılmaz o qayıdana qədər prezident vəzifəsini icra edəcək.
Xatırladaq ki, Albaniyanın paytaxtı Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan da iştirak edir.
Follow @7timesaz