Hərbi

HƏMAS təkzib etdi: Girovları azad etmirik

HƏMAS təkzib etdi: Girovları azad etmirikbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS İsraillə barışıq və həbsxanada məhbus olan bir qrup fələstinlinin azad edilməsi müqabilində Qəzzada saxlanılan 7-9 girovu azad etməyə razılıq verdiyi barədə xəbərləri təkzib edib.

7Times.az xəbər verir ki, bu barədə HƏMAS nümayəndəsi Sami Əbu Zuhri deyib.

“Hərəkatın iki aylıq atəşkəs müqabilində bir neçə girovu azad etməyə razılaşdığı barədə xəbərlər həqiqətə uyğun deyil. İsrail hakimiyyəti bu cür yalan məlumatlar yaymaqla insanları çaşdırmağa çalışır”, – o bildirib.

Qeyd edək ki, HƏMAS-ın anklavda iki aylıq atəşkəs və İsrailin həbsdə olan 300 fələstinlini azad etməsi müqabilində Qəzzada saxlanılan 9 girovu azad edəcəyi barədə məlumat yayılmışdı.

Axar.az