Dünən axşam saatlarında Rusiya ordusu yenidən 108 ədəd İran istehsalı “Shahed” pilotsuz təyyarəsi ilə Ukrayna bölgələrinə hava zərbələri endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, hücumlarda Ukrayna Müdafiə Qüvvələri tərəfindən 93 ədəd “Shahed” PUA-sı zərərsizləşdirilib. Bildirilib ki, dronların 35-i mobil atəş qrupları, 58-i isə elektron müdafiə sistemləri tərəfindən vurulub.
Hava zərbələri nəticəsində Ukraynanın Donetsk, Dnepropetrovsk, Sumi və Jitomir vilayətləri zərər çəkib.
Follow @7timesaz