Dünya

“Rusiya vaxt udmağa, işğalı davam etdirməyə çalışır”  Zelenski

“Rusiya vaxt udmağa, işğalı davam etdirməyə çalışır” – Zelenskibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna Rusiya ilə müharibənin yalnız danışıqlar masası arxasında başa çatmasını istəyir və bu prosesə hazırdır”.

7Times.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə telefon danışığı zamanı deyib.

Zelenski qeyd edib ki, söhbət zamanı o, həmçinin ABŞ Prezidenti Donald Trampla apardığı telefon danışığının detalları barədə məlumat verib.

“Əsas məsələ odur ki, sülh üçün diplomatiya koordinasiyalı və real nəticələrə yönəlik olsun. Aydındır ki, Rusiya vaxt udmağa və müharibəni, işğalı davam etdirməyə çalışır. Biz tərəfdaşlarımızla birlikdə çalışırıq ki, təzyiqlər Rusiyanı başqa cür davranmağa məcbur etsin. Sanksiyalar təsirlidir və mən hər kəsə minnətdaram ki, bu sanksiyaların müharibəyə görə məsul olanlar üçün daha təsirli olmasına çalışırlar”, – deyə Zelenski bildirib.

Dövlət başçısı vurğulayıb ki, Rusiya ilə müharibə yalnız masa arxasında, aydın və real təkliflər əsasında başa çatmalıdır. Əgər Rusiya qeyri-real şərtlər irəli sürməyə davam etsə və mümkün nəticələri pozsa, bunun ciddi nəticələri olmalıdır.

Zelenski əlavə edib ki, bu gün Ukrayna tərəfdaşları ilə digər danışıqlar da planlaşdırılır.

“AzPolitika.info”