ABŞ Prezidenti Donald Tramp sələfi Cozef Baydenin administrasiyasının məmurlarını onun iqtidarı illərində imzalanmış, çoxlu sayda miqrantın ölkəyə girməsinə imkan vermiş sənədlərə görə dövlətə xəyanətdə ittiham edib.
7Times.az xəbər verir ki, bu barədə Ağ ev rəhbəri “Truth Social”da yazıb.
“Sərhədi açmaq Baydenin ideyası deyildi. Bunu onun koqnitiv problemləri haqqında bilən, onun avtoqələmi (avtomatik imzalama cihazı – red.) üzərində nəzarəti ələ keçirənlər edirdi. Onlar ABŞ Prezidenti postunu oğurladılar və bizi böyük təhlükəyə məruz qoydular. Bu, ən yüksək səviyyədə dövlətə xəyanətdir”, – Tramp yazıb.
Daha əvvəl ABŞ administrasiyasının hazırkı başçısı iddia edib ki, Baydenin təxminən 2,5 min şəxsin əfv edilməsi və hökmünün yüngülləşdirilməsi barədə əmrləri avtomatik cihazla imzalandığı və Baydenin özünün bunlardan xəbəri olmadığı üçün hüquqi qüvvəyə malik deyil.
Follow @7timesaz