Finlandiya prezidenti Aleksander Stubb ABŞ-ın Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarının həllində vasitəçi rolundan əl çəkmədiyini bildirib.
7Times.az xəbər verir ki, Finlandiya prezidentinin sözlərinə görə, indi daha çox vasitəçilər var:
“Əvvəllər bu rolu yalnız ABŞ oynayırdı, indi Avropa da iştirak edir”, – o qeyd edib.
Aleksander Stubbun fikrincə, vəziyyət müsbət istiqamətdə inkişaf edir, çünki Avropa Ukraynada atəşkəs və mümkün sülhlə bağlı müzakirələrə qoşulmağa ümid edir.
ABŞ prezidenti Donald Tramp bazar ertəsi Avropa liderləri ilə telefon danışığında bildirib ki, Rusiya və Ukrayna aralarında atəşkəs mümkünlüyünü müzakirə etməyə davam edəcəklər.
Stubb bildirib ki, texniki səviyyəli danışıqlar gələn həftə Vatikanda davam edəcək.
Follow @7timesaz