Ukraynanın Xarkov şəhərinin bələdiyyə sədri Cennadi Kermes COVID-19 səbəbilə həyatını itirib.
7times.az xəbər verir ki, 2010-cu ildən bəri Xarkovun bələdiyyə sədri kimi fəaliyyət göstərən Kernes oktyabr ayında təkrar sədr seçilib. 2014-cü ildə silahlı hücuma məruz qalan sədr həyatını 2014-dən bu günədək olan dövrünü əlil arabasında keçirib.
Qeyd edək ki, Ukraynada son sutka ərzində 10 622 nəfərə COVID-19 diaqnozu qoyulub. Ölkədə ümumi yoluxma sayı 919 704-dür. Ölənlər isə 264 nəfər artaraq 15 744-ə yüksəlib.
Follow @7timesaz