Hərbi

Ukrayna üçün 35 milyonluq hərbi yardım

Ukrayna üçün 35 milyonluq hərbi yardımbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada Ukraynaya 35 milyon Kanada dolları dəyərində (təxminən 25,5 milyon ABŞ dolları) hərbi yardım ayırıb.

7Times.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Kanadanın müdafiə naziri Devid Makqinti Ukraynanın Müdafiə Məsələləri üzrə Təmas Qrupunun Ramşteyn formatında keçirilən 28-ci iclasında iştirak edib. Qərar həmin iclasda açıqlanıb.

O qeyd edib ki, 30 milyon Kanada dolları “Coyote” və “Bizon” zirehli transportyorlarına, həmçinin Kanada şirkətlərinin təklif etdiyi yeni texnika və sursatlara xərclənəcək.