Dünya

Yerevanda müxalifətin aksiyası başa çatdı – Sabah matəm yürüşü keçiriləcək

Yerevanda müxalifətin aksiyası başa çatdı – Sabah matəm yürüşü keçiriləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yerevanda müxalifətin, Ermənistanın baş naziri Nikol Paşinyanın istefası  tələbi ilə keçirdiyi yürüş başa çatıb.

7times.az RİA Novosti-yə istinadən bildirir ki, yürüş Fransa meydanında mitinqlə yekunlaşıb. “Vahid Ermənistan” partiyasının lideri Artur Kazinyan mitinqdə prokurorluqdan Paşinyana qarşı “dövləti xəyanətlərinə görə” cinayət təqibi başlanılmasını tələb edib.

“Daşnaksutyun” partiyasının nümayəndəsi Geqam Manukyan isə aksiyanı başa çatdıraraq bildirib ki, cümə günü müxalifət Qarabağda həlak olmuş hərbçilərin xatirəsinə matəm yürüşü, dekabrın 22 – də isə Respublika Meydanında ümumi tətil və böyük etiraz aksiyası keçirəcək.virtualaz.org