Dünya

İsrail İrana qarşı son dərəcə mürəkkəb əməliyyat hazırlayıb

İsrail İrana qarşı son dərəcə mürəkkəb əməliyyat hazırlayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail İrana qarşı yeni əməliyyat hazırlayıb və bu, Livanın “Hizbullah” hərəkatına qarşı həyata keçirilən əməliyyatdan daha mürəkkəbdir.

7Times.az TASS-a istinadən xəbər verir ki, bunu İsrailin ABŞ-dəki səfiri Yehiel Leyter bildirib.

“Biz bir neçə sürpriz hazırlamışıq. Cümə axşamı, cümə günü siz bir neçə sürprizin şahidi olacaqsınız. Onların fonunda peycer əməliyyatı demək olar ki, bəsit görünəcək”, – o qeyd edib.

Xatırladaq ki, 2024-cü il sentyabrın 17-18-də Livanın müxtəlif bölgələrində rabitə cihazları, əsasən peycerlərlə bağlı çoxsaylı partlayışlar baş verib. Nəticədə 37 nəfər həlak olub, 3 mindən çox insan yaralanıb. “Hizbullah” hərəkatı partlayışların təşkilində məsuliyyəti İsrailin üzərinə qoyub. Daha sonra İsrail rəhbərliyinin nümayəndələri əməliyyatın ölkənin xüsusi xidmət orqanları tərəfindən təşkil edildiyini təsdiqləyiblər.

“Report”