Dünya

“Üçüncü Dünya Müharibəsi artıq başlayıb” – Saakaşvili

“Üçüncü Dünya Müharibəsi artıq başlayıb” – Saakaşvilibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Üçüncü Dünya Müharibəsi artıq başlayıb”.

“7Times.az” xəbər verir ki, bunu Gürcüstanın hazırda həbsdə olan keçmiş prezidenti Mİxail Saakaşvili sosial şəbəkə hesabındna etdiyi paylaşımda bildirib.

O, Üçüncü Dünya Müharibəsinin artıq başladığını və bunun əsas əlamətlərinin yalnız Ukraynadakı və Yaxın Şərqdək müharibələr deyil, həm də mövcud beynəlxalq nizamın sonu olduğunu qeyd edib.

“Keçmiş beynəlxalq hüquq ciddi şəkildə zəifləyib. Güc hüququ müəyyən edir və bu, dünyada çoxsaylı hərbi münaqişələrə səbəb olacaq”, – deyə o bildirib.

O, həmçinin yeni beynəlxalq realığın kiçik və zəif ölkələr üçün ciddi təhlükə yaratdığını və qlobal iqtisadiyyatı ciddi şəkildə zəiflətdiyini vurğulayıb:”Çin artıq bu yeni dünyanın bir hissəsinə çevrilib və gələcək aylarda daha aktiv olacaq. Birləşmiş Ştatlar mövqeyini yenidən nəzərdən keçirməli olacaq, çünki onlar dünyada baş verənləri görməzdən gələ bilməzlər, xüsusən də dünya çökürken”.