Serbiya prezidenti Aleksandar Vuçiç Yaxın Şərqdə artan gərginlikdən narahatlığını ifadə edərək, ABŞ-ın çox güman ki, İrana zərbə endirməyə hazırlaşdığını deyib. O, həmçinin məsələnin diplomatik yolla həllinə ümid etdiyini bildirib.
“Report”un məlumatına görə, bu barədə Serbiya lideri “TV Prva”nın efirində deyib.
“Artıq çoxlu qüvvələr cəlb olunub. Amerikanın üçüncü təyyarədaşıyan gəmisi bütün kontingenti ilə təkcə Hind okeanına deyil, daha çox – İranın özünə, Fars körfəzinə və Hörmüz boğazına doğru gedir. Ona görə də düşünürəm ki, amerikalılar hücuma hazırlaşırlar, amma ümid edirəm ki, bu, belə olmayacaq. Ümid edirəm ki, bu, təhdid və təzyiqin ən yüksək səviyyəsidir. Hesab edirəm ki, hələlik razılaşma əldə oluna bilər”, – deyə o qeyd edib.
O qeyd edib ki, Avropa sülh yolu ilə nizamlanma təklif etməyə çalışır, lakin Vaşinqtonun onlardan nə dərəcədə razı qaldığına əmin deyil. Onun fikrincə, Yaxın Şərq münaqişəsi qlobal münaqişəyə çevrilə bilər ki, bu da neftin qiymətinin və inflyasiyanın sıçrayışına səbəb ola bilər.
Follow @7timesaz