Dünya

Orban xəbərdarlıq etdi: Rusiya ilə müharibə…

Orban xəbərdarlıq etdi: Rusiya ilə müharibə…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Avropa Birliyinə və NATO-ya qəbul edilməməlidir, çünki bu, Qərb ölkələri ilə Rusiya arasında müharibəyə səbəb olacaq.

7Times.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban bildirib.

“Aİ Ukraynanı öz sıralarına qəbul etsəydi, bu, dərhal onun üçün açıq müharibə, atəşkəsdən sonra isə Avropa ilə Rusiya arasında daimi müharibə riski demək olardı. Ukraynanın NATO-ya qəbul edilməsi Rusiya ilə dərhal müharibə və üçüncü dünya müharibəsi təhlükəsi deməkdir. Ona görə də Ukrayna NATO və ya Avropa İttifaqına qəbul edilməməlidir. Ukrayna ilə ümumi inteqrasiya strukturunun bir hissəsi olmamaq Macarıstanın fundamental təhlükəsizlik maraqlarına uyğundur”,- qeyd edib.

Qeyd edək ki, 26-27  iyun tarixlərində Brüsseldə Avropa İttifaqının sammiti baş tutacaq.