İqtisadiyyat

Azərbaycan qızıl ixracından gəlirini 3 dəfəyə yaxın artırıb

Azərbaycan qızıl ixracından gəlirini 3 dəfəyə yaxın artırıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-may aylarında Azərbaycan 121,3 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

“7Times.az” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın iyun sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.

Təkcə mayda isə Azərbaycan 25,9 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 86,3 % çoxdur.

5 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6% artaraq 1,4 milyard ABŞ dolları təşkil edib.