Rusiya Federasiyasının Nijni Novqorod vilayətində “Su-27” tipli hərbi qırıcı təyyarə qəzaya uğrayıb.
Qəza Kulebaki şəhəri yaxınlığında baş verib.
Bildirilib ki, təyyarədəki iki pilot katapult etməyə müvəffəq olub. Onlardan biri tapılıb, digəri isə hələ axtarılır.
Rus KİV-lərinin məlumatına görə, qəzanın səbəbləri araşdırılır.
Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub, təyyarənin tamamilə dağıldığı bildirilir.
Follow @7timesaz