Dünya

Çin ABŞ-yə xəbərdarlıq etdi – Sərt cavab verəcəyin bildirdi

Çin ABŞ-yə xəbərdarlıq etdi – Sərt cavab verəcəyin bildirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin ABŞ-nin yeni gömrük rüsumları tətbiq etmə planına sərt reaksiya verib.

Belə ki, rəsmi Pekin  Vaşinqtonun bu addımının qarşılıqlı əməkdaşlıq ruhunu pozduğunu bildirib və mümkün tədbirlər barədə xəbərdarlıq edib.

Pekin administrasiyası ABŞ-nin yeni gömrük tarifləri tətbiq etməsi halında ticarət münasibətlərində gərginliyin yenidən kəskinləşəcəyini bildirib. Çin həmçinin onu tədarük zəncirlərindən çıxarmağa çalışan və ABŞ ilə bu istiqamətdə tarif razılaşmaları imzalayan ölkələrə qarşı sərt cavab verəcəyini açıqlayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bazar ertəsi günü verdiyi bəyanatda aprel ayında dondurulmuş yeni gömrük rüsumlarını 1 avqustdan etibarən tətbiq etməyə başlayacağını elan edib. Tramp administrasiyası daha əvvəl Çin də daxil olmaqla bir çox ölkəyə qarşı 10 faizdən yuxarı tarifləri müvəqqəti olaraq dayandırmışdı.

Məlumata görə, Çin 12 avqusta qədər ABŞ ilə razılığa gəlməzsə, əvvəlki idxal məhdudiyyətlərini yenidən qüvvəyə mindirə bilər.

“AzPolitika.info”