Dünya

Aİ İsrailə qarşı tədbirləri müzakirə edəcək

Aİ İsrailə qarşı tədbirləri müzakirə edəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) gələn həftə İsrailin Qəzza zolağındakı əməliyyatlarına cavab olaraq beş mümkün tədbirdən ibarət siyahı təqdim edəcək.

“Report” “Euractiv” nəşrinə istinadən xəbər verir ki, təklif olunan tədbirlərin yalnız bir qisminin təsdiqlənəcəyi ehtimalı yüksəkdir.

“Euractiv”in məlumatına görə, təqdim ediləcək sənəddə aşağıdakı variantlar nəzərdən keçirilir: Assosiasiya Sazişinin tam və ya qismən dayandırılması; ayrı-ayrı şəxslərə qarşı sanksiyaların tətbiqi; ticarət məhdudiyyətləri; silah təchizatına embarqo, həmçinin Aİ və İsrail arasında elmi əməkdaşlığın dayandırılması.

“Bu tədbirlərin əksəriyyəti əvvəllər müzakirə edilsə də, indi onlar ilk dəfə rəsmi olaraq yazılı sənəd şəklində tərtib ediləcək”, – nəşr qeyd edib.

Təkliflərin müzakirəsi iyulun 15-də Brüsseldə keçiriləcək Aİ xarici işlər nazirlərinin görüşündə planlaşdırılır.