Dünya

Fransa müdafiə xərclərini sürətlə artıracaq – Makron

Fransa müdafiə xərclərini sürətlə artıracaq – Makronbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa hakimiyyəti qarşıdakı illərdə müdafiə xərclərinin artırılmasını sürətləndirməyi planlaşdırır.

7Times.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron müraciətində bildirib.

Onun sözlərinə görə, 2027-ci ildə ölkənin hərbi büdcəsi 64 milyard avroya çatacaq ki, bu da 2017-ci illə müqayisədə iki dəfə çoxdur.

“Biz müdafiə büdcəsini 2030-cu ilədək ikiqat artırmağı planlaşdırırdıq, lakin bunu artıq 2027-ci ilə qədər reallaşdıracağıq. 2026-cı ildə əlavə 3,5 milyard avro, 2027-ci ildə isə əlavə 3 milyard avro müdafiəyə ayrılacaq. Beləliklə, son 10 il ərzində müdafiə büdcəsi iki dəfə artaraq 64 milyard avroya çatacaq”, – deyə dövlət başçısı vurğulayıb.