Serbiya Prezidenti Aleksandr Vuçiç məşhur kinorejissor və musiqiçi Emir Kusturitsanı müxalifət nümayəndələri ilə birlikdə onu devirmək istəməkdə ittiham edib.
7Times.az xəbər verir ki, Vuçiç bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Görün bu cəfəngiyyat nəyə gəlib çatıb – jurnalist, Novi Sad universitetinin müəllimi Dinko Qruhoniç, Emir Kusturitsa, müxalif siyasətçi Nenad Çanak və tarixçi, Belqrad universitetinin müəllimi Milo Lompar. Heç bir fərq yoxdur, ortaq hədəf var – Vuçiçdir, onu devirməlidirlər və bu, onların proqramıdır. Başqa proqram yoxdur”, – Vuçiç bildirib.
Follow @7timesaz