Ölkə

Elnur Rzayev Ləcət kəndində sakinlərin müraciət və təklifləri dinləyib – FOTOLAR

Elnur Rzayev Ləcət kəndində sakinlərin müraciət və təklifləri dinləyib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Ləcət kəndində növbəti səyyar qəbulunu keçirib.
Qəbulda Ləcət İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Ləcət, Moruqoba və Tağaroba kənd sakinlərinin müraciət və təklifləri dinlənilib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bir neçə məsələnin həlli ilə bağlı görülən işlərə görə təşəkkürlərini bildiriblər. Həmçinin elektrik təsərrüfatının yenilənməsi, qaz təchizatının bərpası, yolların təmiri və torpaq sahələrinin sənədləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.