Vladimir Putin yenidən Ukraynadan sülh danışıqları üçün şərt kimi ərazi güzəştlərini tələb edib. Söhbət Donbasdan — Rusiya tərəfindən tam işğal olunmaq istənilən Donetsk və Luqansk vilayətlərindən gedir. Hazırda isə Donetsk vilayətinin üçdə biri Ukrayna ordusunun nəzarəti altındadır.
Vaşinqtonda keçirilən sammit zamanı Ukrayna Prezidenti Volodimir Zelenski yalnız Donald Trampın deyil, bir sıra Avropa liderlərinin də təzyiqi ilə üzləşib. Onlar Zelenskini mövqeyini yumşaltmağa razı salmağa çalışıblar. Lakin Zelenski dərhal şərt irəli sürüb — ABŞ əsgərlərinin Ukrayna ərazisində yerləşdirilməsi!
Onun sözlərinə görə, yalnız bu, təhlükəsizliyin aydın zəmanəti ola bilərdi. Jurnalistlərin məlumatına əsasən, Zelenski Avropa ölkələrinin qoşunlarının Ukraynada olmasını kifayət qədər effektiv hesab etmir.
Follow @7timesaz