Dünya

İsrailin Qəzzaya zərbələri nəticəsində 15 nəfər həlak olub

İsrailin Qəzzaya zərbələri nəticəsində 15 nəfər həlak olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Silahlı Qüvvələrinin Qəzza zolağının cənubundakı “Naser” xəstəxanasına endirdiyi hava zərbələri nəticəsində 15 nəfər həlak olub.

“7Times.az” xəbər verir ki, bu barədə “Reuters” Fələstin səhiyyə orqanlarının nümayəndəsinə istinadən məlumat verir.

Bildirilib ki, onların arasında üç jurnalist, o cümlədən “Reuters” agentliyinin əməkdaşı var.

“Rəsmilərin sözlərinə görə, zərbələr nəticəsində həlak olan jurnalistlərdən biri olan operator Hüsam əl-Masri “Reuters” agentliyi ilə müqavilə əsasında işləyirdi. Agentliklə müqavilə əsasında işləyən fotoqraf Hatəm Xalid də yaralanıb”, – agentlikdən qeyd edilib.

Report