Dünya

ABŞ Hindistana qarşı tarifləri ikiqat artırıb

ABŞ Hindistana qarşı tarifləri ikiqat artırıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ bəzi Hindistan mallarına tətbiq olunan tarifləri 25%-dən 50%-ə qaldırıb.

APA “Reuters“ə istinadən xəbər verir ki, bu qərarın səbəbi Hindistanın Rusiya neftini almaqda davam etməsidir.

Qeyd olunur ki, yalnız bəzi sahələr — xüsusilə elektronika ixracı və dərman sənayesi — istisna edilib. Bu, “Apple”ın Hindistandakı zavodlarına yatırdığı iri sərmayələri müvəqqəti olaraq qorumağa imkan verir.

Tariflərin qaldırılmasından ən böyük zərbə isə tekstil və zinət əşyaları sahələrinə dəyəcək.