Ermənistanın Baş naziri Nikol Paşinyan Sünik bölgəsinə səfərini dayandırmalı olub.
7times.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyan bu barədə Sünik bölgəsinin Sisiyan şəhərindəki meydanda çıxışı zamanı açıqlama verib.
“Əminəm ki, Gorus və Qafana getsəm, eyni şəkildə qarşılanacağam. Ancaq heç nə olmaz, bu gün yox, növbəti dəfəyə qalsın. Gorus, Qafan, Mehri yerlərində qalacaq. Yolları qəsdən bağlayıblar ki, şəhər sakinləri ilə görüşüm reallaşmasın”,- deyə Paşinyan qeyd edib.
Hazırda o, Sünik sakinləri ilə görüşünü davam etdirir. Gorus şəhərinə aparan magistral yolun isə hələ də bağlı olduğu bildirilib.“Qafqazinfo”
Follow @7timesaz