Dünya

Ukrayna və Rusiya arasında geniş bufer zonası yaradıla bilər

Ukrayna və Rusiya arasında geniş bufer zonası yaradıla bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər Rusiya və Ukrayna arasında sülh sazişi əldə olunarsa, ABŞ yaradılması planlaşdırılan geniş bufer zonanın nəzarətini həyata keçirə biləcək əsas tərəf ola bilər.

APA NBC News-a istinadən xəbər veirir ki, Ukraynanı Rusiyadan qorumaq məqsədilə planlaşdırılan zona ABŞ daxil olmaqla Ukraynanın müttəfiqlərinin hərbi rəsmiləri tərəfindən müzakirə olunur.

Bildirilir ki, ABŞ texnoloji imkanlarına görə üstün olduğuna görə bu zonanın nəzarətində öncül rol oynayacaq.

Bu zonanın qorunması üçün isə Səudiyyə Ərəbistanı və ya hətta Banqladeş kimi NATO-ya daxil olmayan ölkələrin əsgərləri yerləşdirilə bilər. ABŞ əsgərləri isə Ukrayna daxilində yerləşdirilməyəcək.