Rusiya dronları açıq şəkildə Polşanı hədəf almışdı.
7Times.az “AFP” agentliyinə istianadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Bundestaqda çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə Rusiya dronlarının Polşa üzərində uçması heç də kursun yanlışlıqla dəyişdirilməsi ilə izah oluna bilməz.
“Bu, sadəcə naviqasiya xətası və ya oxşar bir şey deyildi. Dronların Ukraynaya çatmaq üçün bu marşrutu seçməsi heç bir şəkildə əsaslandırıla bilməz”, – deyə Pistorius qeyd edib.
Eyni zamanda, Almaniyanın xarici işlər nazirli Yohann Vadeful Berlində niderlandlı həmkarı David van Vele ilə görüşdə bildirib ki, “Rusiya təhlükəli bir eskalasiyaya gedib”.
Onun sözlərinə görə, Rusiya dronlarının Polşa hava məkanına daxil olması NATO-nun birliyini bir daha nümayiş etdirdi. Belə ki, Niderlandın F-35 qırıcıları Polşa Hərbi Hava Qüvvələrinə dronların vurulmasında yardım edib.
Vadeful əlavə edib ki, Niderlandın F-35 qırıcılarının və Almaniyanın “Patriot” zenit-raket komplekslərinin bölgədə yerləşdirilməsi “gələcəkdə də qalacaq hərbi zərurətdir”.
APA
Follow @7timesaz