“Qazprom neft-kimya Salavat” MMC bu səhər yenidən pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.
“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Başqırdıstan başçısı Radi Xabirov bildirib.
“Qazprom neft-kimya Salavat” yenidən dronlarla hücuma məruz qalıb. Zərərin dərəcəsini müəyyənləşdiririk”, – o, sosial şəbəkələrdəki səhifələrində yazıb.
R.Xabirov qeyd edib ki, hadisə yerində bütün təcili xidmətlər işləyir, yanğının söndürülməsi üçün tədbirlər görülür.
“Qazprom neft-kimya Salavat” MMC – Başqırdıstan Respublikasının Salavat şəhərində yerləşən Rusiyanın ən böyük neft-kimya kompleksidir.
Follow @7timesaz