Dünya

Polşa NATO-nun icazəsi olmadan Ukrayna üzərində Rusiya obyektlərini vurmaq istəyir

Polşa NATO-nun icazəsi olmadan Ukrayna üzərində Rusiya obyektlərini vurmaq istəyirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa NATO və ya Aİ-nin əvvəlcədən razılığı olmadan qoşunlarına Ukrayna üzərində pilotsuz təyyarələr kimi Rusiya obyektlərini vurmağa icazə vermək üçün hərbi qüvvələrin xaricdə yerləşdirilməsi haqqında qanuna dəyişiklik etməyə hazırlaşır.

Bu barədə Polşa mətbuatı məlumat yayıb.

Məlumata görə, layihə iyun ayında ölkənin Müdafiə Nazirliyi tərəfindən təqdim edilib və tez bir zamanda nəzərdən keçirilməsi planlaşdırılır.

“Əvvəlcə qanun prezidentə silahlı münaqişə, sülhməramlılıq, terrorizmlə mübarizə və ya evakuasiya kimi hallarda hökumətin tələbi ilə qoşun yerləşdirməyə icazə verirdi. Lakin 2022-ci ildə – Rusiyanın genişmiqyaslı işğalından bir gün əvvəl qanuna NATO-dan icazə üçün düzəliş edildi”, -deyə məlumatda qeyd olunub.

Eyni zamanda, Rusiya Təsirinin Tədqiqi Komissiyası bu dəyişikliyi tənqid edərək, bunun Polşanı Ukrayna və ya Belarusdan sərhədi keçən PUA-lara qarşı müstəqil hərəkət etmək hüququndan məhrum etdiyini bildirib.

Qeyd olunur ki, iyun ayında Müdafiə Nazirliyinin təqdim etdiyi düzəlişlər layihəsinə sürətləndirilmiş əsaslarla yenidən baxılması gözlənilir.