Dünya

KXDR “ən güclü nüvə silahı”nı nümayiş etdirib

KXDR “ən güclü nüvə silahı”nı nümayiş etdiribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

KXDR-in hakim Əmək Partiyasının 80 illik yubileyi münasibətilə keçirilən paradda Şimali Koreya hakimiyyəti yeni “Xvason-20” qitələrarası ballistik raketini nümayiş etdirərək, onu ölkənin “ən güclü nüvə silahı” adlandırıb.

“7Times.az” xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Xəbər Agentliyi (KMXA) məlumat yayıb.

“Şimali Koreyanın ən güclü strateji nüvə sistemi olan “Xvason-20″ qitələrarası ballistik raketi meydanda peyda olanda tamaşaçıların sevinci pik həddə çatıb”, – KMXA bildirib.

Sentyabrın əvvəlində agentlik məlumat vermişdi ki, Şimali Koreya lideri Kim Çen In yeni nəsil “Xvason-20” qitələrarası ballistik raketində istifadə edilməsi planlaşdırılan ən son bərk yanacaq mühərrikinin sınaq nəticələrini nəzərdən keçirib.

Report