Atəşkəs elan edildiyi andan etibarən, Qəzza zolağının şimalına təqribən 200 min nəfər qayıdıb.
“7Times.az” xəbər verir ki, bu barədə “Sky News” Qəzzada HƏMAS-ın nəzarətində olan Mülki Müdafiə Agentliyinə istinadən məlumat yayıb.
Qeyd edək ki, İsrail və HƏMAS atəşkəs barədə razılığa gəliblər. Razılaşma oktyabrın 10-da İsrail qoşunlarının Qəzzadan qismən çıxarılmasından sonra qüvvəyə minib.
Sənədə əsasən, tərəflər döyüş əməliyyatlarını tamamilə dayandırmağı, girov və məhbusların mübadiləsinin aparılması üçün təhlükəsiz şəraiti təmin etməyi öhdələrinə götürüblər.
Follow @7timesaz