İsveçrə, Estoniya və Finlandiya ABŞ istehsalı silahların alınması üçün xərcləri artıracaqlarını açıqlayıb. Lakin İspaniya, Fransa və Böyük Britaniyanın bu təşəbbüsdən yayınması NATO daxilində tənqidə səbəb olub.
Bu barədə “The Guardian” nəşri məlumat yayıb.
ABŞ müdafiə naziri Pit Heqset müttəfiqləri Ukraynanın prioritet ehtiyaclar siyahısı (PURL) proqramına daha çox investisiya yatırmağa çağırıb. Bu proqram ABŞ-nin birbaşa hərbi yardımı əvəz edir və indi silah təchizatının maliyyəsini müttəfiq ölkələrin özləri ödəməlidirlər.
NATO baş katibi Mark Rutte də bəyan edib ki, yaxın vaxtlarda əlavə öhdəliklər gözlənilir. Onun sözlərinə görə, bu mexanizm vasitəsilə artıq 2 milyard dollar ayrılıb. Lakin “The Guardian” xatırladır ki, bu məbləğ Ukrayna Prezidenti Volodimir Zelenskinin oktyabra qədər almaq istədiyi 3,5 milyard dollardan azdır.
Kiyev İqtisadiyyat İnstitutunun məlumatına əsasən, Ukraynaya hərbi yardımın həcmi iyul–avqust aylarında ilin ilk yarısı ilə müqayisədə 43 faiz azalıb.
Follow @7timesaz


