Dünya

AB 2025-ci ildə Kiyevə 20,5 milyard avro ayırıb

AB 2025-ci ildə Kiyevə 20,5 milyard avro ayırıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Birliyi 2025-ci ilin əvvəlindən Kiyevə 20,5 milyard avro maliyyə yardımı ayırıb.

7Times.az xəbər verir ki, bu barədə 26 AB-yə üzv dövlətin Ukrayna ilə bağlı bəyanatında bildirilib.

“2025-ci ildə AB Ukraynaya 20,5 milyard avro büdcə maliyyəsi ayırıb ki, bunun 14 milyard avrosu G7 tərəfindən dondurulmuş Rusiya aktivlərinin yenidən investisiya qoyuluşundan əldə edilən gəlirlərə qarşı təqdim edilən ERA təşəbbüsündən ayrılıb”, – bəyanatda deyilir.

Ümumilikdə, münaqişənin başlandığı 2022-ci ildən bəri AB və ona üzv dövlətlər Ukraynanı dəstəkləməyə 177,5 milyard avro xərcləyiblər.