Hərbi

Pokrovskda şəhər döyüşləri: Ukrayna əlavə qüvvələr göndərdi

Pokrovskda şəhər döyüşləri: Ukrayna əlavə qüvvələr göndərdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pokrovskın müdafiəsi gücləndirilib və Ukrayna ordusu şəhərdəki rus hərbçilərinə qarşı fəal şəkildə mübarizə aparır.

7Times.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Desant-Hücum Qoşunlarının 7-ci korpusundan məlumat verilib.

Bildirilib ki, qüvvə və texnika baxımından sayca üstün olduqları üçün Pokrovska girməyi bacaran rus hərbi qrupları ilə şəhər döyüşləri davam edir.

Məlumata görə, Ukraynanın mövqeləri hücum qüvvələri, artilleriya, PUA ekipajları və digər bölmələrlə gücləndirilib.

“Şəhərə daxil olan ruslar mövqelərini möhkəmləndirməyə çalışmırlar, əksinə daha da şimala doğru irəliləmək niyyətindədirlər. Bununla düşmən Ukrayna məhv etmək və şəhərə quru yolu ilə gedən logistika dəhlizlərini bağlamaq istəyir”, – məlumatda qeyd olunub.

Axar.az