Dünya

“Dünyanı 150 dəfə partlada bilərik, amma buna ehtiyac yoxdur” – Tramp

“Dünyanı 150 dəfə partlada bilərik, amma buna ehtiyac yoxdur” – Trampbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında bir sıra açıqlamalar verib.

O, Türkiyənin xahişi ilə Suriyaya tətbiq olunan sanksiyaların qaldırıldığını açıqlayıb. 

“Onlar istədi, biz etdik”, — deyə Tramp bildirib və Ankaranın regiondakı diplomatik prosesdə müəyyənedici rol oynadığını vurğulayıb.

Tramp həmçinin Suriya Prezidenti Əhməd Şara barədə də danışaraq onu “çətin, sərt bir şəxs” adlandırıb və “Onunla çox yaxşı anlaşdım, Suriya məsələsində əhəmiyyətli irəliləyişlər əldə edildi”, – deyib. Prezident Şaranın yaxın günlərdə ABŞ-yə səfərinin gözlənildiyini qeyd edib.

Tramp daha sonra qlobal nüvə arsenalına toxunaraq maraqlı bir ifadə işlədib:“Dünyanı 150 dəfə partlada bilərik, amma buna ehtiyac yoxdur”.