ABŞ Prezidenti Donald Tramp İran hakimiyyətinə sərt xəbərdarlıq edib.
O, “CBS News”a verdiyi açıqlamada bildirib ki, etirazçılar edam olunacağı təqdirdə ABŞ İran əleyhinə ciddi və ağır addımlar atacaq. Trampın sözlərinə görə, belə bir qərar Tehranın ağır nəticələrlə üzləşməsinə səbəb olacaq.
Məlumata görə, ötən həftə həbs edilən 26 yaşlı Erfan Soltaninin yanvarın 14-də edam olunması gözlənilir. Onun yaxınları BBC-yə bildiriblər ki, İran məhkəməsi işi olduqca qısa müddətdə – cəmi iki gün ərzində araşdıraraq ölüm hökmü çıxarıb.
“Hengaw” İnsan Hüquqları Təşkilatının nümayəndəsi Avyar Şexi bu cür sürətli məhkəmə prosesinin nadir hallarda baş verdiyini deyib. Onun sözlərinə görə, bu hadisə İran hakimiyyətinin cəmiyyətdə qorxu yaratmaq məqsədilə bütün mümkün üsullardan istifadə etdiyini açıq şəkildə göstərir.
Hüquq müdafiə təşkilatlarının məlumatına əsasən, son zorakılıq aksiyaları zamanı İranda 2400-dən çox hökumət əleyhdarı nümayişçi həyatını itirib.
Follow @7timesaz


