Xəbər verdiyimiz kimi, İranın xarici işlər naziri Abbas Araqçi Sankt-Peterburqa səfər edib. Məlumatlara görə, onun Prezident Vladimir Putin ilə görüşü planlaşdırılır.
İranlı nazir Rusiyaya səfərindən sonra bildirib ki, Tehran, o cümlədən ABŞ-la silahlı qarşıdurma dövründə də Moskva ilə “geniş məsələlər üzrə sıx məsləhətləşmələr” aparıb.
“7Times.az” xəbər verir ki, bundan əvvəl Əraqçi Pakistan və Omana səfər edib. Hər iki ölkə ABŞ–İran danışıqlarında vasitəçi rolunda çıxış edir.
“Axios” nəşri də Tehranını Pakistan vasitəçiləri üzərindən Vaşinqtona yeni təkliflər göndərdiyini qeyd edib. Təkliflərdə boğazın açılması və müharibənin dayandırılması nəzərdə tutulur. Bununla bağlı saytımızda geniş məlumat verilib.
Ağ Ev İranın təklifini aldığını təsdiqləsə də, onun qəbul olunub-olunmayacağı hələlik məlum deyil.
Ağ Evin nümayəndəsi Olivia Wells bildirib ki, ABŞ “mətbuat üzərindən danışıqlar aparmayacaq” və yalnız Amerika xalqının maraqlarına uyğun razılaşmaya gedəcək.
Hazırda qüvvədə olan atəşkəs Donald Trump tərəfindən müddətsiz uzadılıb. O, son açıqlamasında İran üzərində təzyiqi davam etdirmək niyyətində olduğunu bildirib və ümid etdiyini vurğulayıb ki, bu addımlar yaxın həftələrdə Tehranın geri çəkilməsinə səbəb olacaq.
Follow @7timesaz


