Xəbər verdiyimiz kimi, dekabrın 27-də saat 15:30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib.
7times.az bildirir ki, nəticədə əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. Hərbçilərimiz 6 nəfərlik dəstənin bütün üzvlərini məhv edib.
Məhv olunan terrorçuların görüntüləri yayılıb.
Follow @7timesaz