Türkiyənin Çindən aldığı koronavirus peyvəndi Ankaraya çatdırılıb.
7times.az xəbər verir ki, Çin istehsalı olan “Sinovac” peyvəndlərini daşıyan Türk Hava Yollarına məxsus “TK 6175” uçuş nömrəli “Boeing 777” tipli təyyarə 05:44 radələrində Esenboğa Hava Limanına eniş edib.
Peyvənd konteynerləri Pekindən gələr-gəlməz anbarlara yerləşdirilməyə başlayıb.
Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl açıqlamışdı ki, Çinlə bağladıqları müqaviləyə əsasən, Türkiyəyə 50 milyon vaksin gətiriləcək. Dövlət başçısı ilkin mərhələdə 4, 5 milyon doza peyvəndin çatdırılacağını bildirmişdi.
Follow @7timesaz