İranın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin İslam Respublikası ərazisinə endirdiyi hava zərbələrinin BMT Nizamnaməsini və Tehranla Vaşinqton arasında münaqişənin həlli ilə bağlı əldə olunmuş razılaşmaları pozduğunu bəyan edib.
7Times.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilib.
Bəyanatda qeyd olunub ki, bazar günü səhər saatlarında ABŞ Ordusunun həyata keçirdiyi hava hücumları qətiyyətlə pislənilir. XİN-in mövqeyinə görə, bu hücumlar BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin, həmçinin müharibənin dayandırılmasına dair Anlaşma Memorandumunun 1-ci maddəsinin açıq şəkildə pozulmasıdır və ABŞ administrasiyasının üzərinə götürdüyü öhdəliklərə məhəl qoymadığını nümayiş etdirir.
İran XİN əlavə edib ki, ölkə BMT Nizamnaməsinin dövlətlərin özünümüdafiə hüququnu təsbit edən 51-ci maddəsinə əsaslanaraq milli suverenliyini və ərazi bütövlüyünü qorumaq əzmindədir.
Modern.az
Follow @7timesaz


