Xaçmaz

Xaçmazda yenidən qurulan körpü keçidi istifadəyə verilib – FOTOLAR

Xaçmazda yenidən qurulan körpü keçidi istifadəyə verilib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qudyalçayın Xaçmaz rayonunun Xaspoladoba kəndi ərazisindən keçən hissəsində yerləşən körpü əsaslı təmirdən sonra istifadəyə verilib.
Təxminən 10 min nəfər əhalinin yaşadığı 9 kəndi rayon mərkəzi ilə birləşdirən körpü keçidi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında yenidən qurulub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yeni körpü keçidinə baxış keçirib, görülən işlərlə tanış olub.
Layihəyə əsasən, üç aşırımlı körpünün uzunluğu 63 metr, eni isə 12 metrdir. Müasir standartlara uyğun yenidən qurulan körpü Xaspoladoba və ətraf kəndlərdə yaşayan sakinlərin rayon mərkəzinə təhlükəsiz və rahat gediş-gəlişini təmin edir.