Ölkə

Paraqvay Azərbaycana fəxri konsul təyin edib

Paraqvay Azərbaycana fəxri konsul təyin edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paraqvay Azərbaycana fəxri konsul təyin edib.

“7Times.az” xəbər verir ki, bu barədə “Report”un Türkiyə bürosuna müsahibəsində bu ölkənin mənzil-qərargahı Ankarada olan Azərbaycan üzrə səfiri Gillermo Sosa (Cirilo Guillermo Sosa Flores) deyib.

O bildirib ki, bu vəzifəyə Tərlan Məmmədov təyin edilib.

“İnanırıq ki, onun fəaliyyəti Azərbaycan ilə Paraqvay arasında kommersiya, mədəni və institusional əlaqələrin inkişafına mühüm töhfələr verəcək”, – səfir deyib.