Ölkə

Prezident üç səfiri geri çağırdı

Prezident üç səfiri geri çağırdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Anar Abel oğlu Məhərrəmov Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

7Times.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Ölkə başçısı həmçinin Xəzər Nadir oğlu Fərhadovu Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb.

Həmçinin Prezidentin sərəncamı ilə İrfan Şakir oğlu Davudov Azərbaycanın Malayziyadakı, eyni zamanda Bruney Darüssalamdakı səfiri vəzifəsindən geri çağırılıb.