Dünya

Corc Sorosun yaratdığı fondda yoxlamalar aparılacaq

Corc Sorosun yaratdığı fondda yoxlamalar aparılacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trampın administrasiyası sol təmayüllü bir neçə qeyri-kommersiya təşkilatının, o cümlədən amerikalı milyarder Corc Soros tərəfindən əsası qoyulmuş “Açıq Cəmiyyət” fondunun genişmiqyaslı vergi yoxlamalarını keçirməyi planlaşdırır.

“7Times.az” xəbər verir ki, bu barədə mənbələrə istinadən “New York Post” (NY Post) məlumat yayıb.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyi bu təşkilatların fəaliyyətinin geniş auditinin keçirilməsi planını hazırlayır. Yoxlamaların nəticələrinə əsasən, QHT-lər vergi güzəştlərindən məhrum ola və böyük məbləğdə cərimələnə bilər.

“Açıq Cəmiyyət” fondundan başqa, yoxlamaların Amerika-İslam Əlaqələri Şurasına (CAIR) və “Southern Poverty Law Center” hüquq müdafiə təşkilatında da aparılacağı gözlənilir.

“ABŞ Maliyyə Nazirliyi işi axıra çatdırmaqda qətiyyətlidir və geri çəkilməyi planlaşdırmır”, – qəzetin mənbələrindən biri bildirib. Onun fikrincə, bu təşkilatların bir çoxu və onların donorları üçün “günlər sayılıb”.