Ölkə

Bu gün Bakının 3 rayonunda qaz olmayacaq

Bu gün Bakının 3 rayonunda qaz olmayacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq.

7Times.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir hissəsinin, Qaradağ rayonunun Lökbatan qəsəbəsində S.Fərziyev küçəsinin və Sabunçu rayonunun Ramana qəsəbəsinin bir hissəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.