Maqazin

“Yeni il günü bu ölkədə gülən yalnız müğənni olmayıb” – Xatirə

“Yeni il günü bu ölkədə gülən yalnız müğənni olmayıb” – Xatirəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünyada baş verən problemləri qəbul etməyə çalışın, əzizlərim. Çətin dönəmdir, insanların 80 faizi işsizdir, ağır müharibədən çıxdıq. Şəhidlərimiz çox oldu, amma onların sayəsində Allah bizə sevinc bəxş etdi. Həm ağladıq, həm güldük. Ömrümüzün sonuna kimi də bir gözümüz ağlayacaq”.

7times.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam sosial şəbəkədə yazıb. İfaçı sosial şəbəkədə sənət adamlarının tənqid edilməsinə reaksiya verib: “Gəlin, həyatımızda çətinliklərə dözməyib, sıxılıb kimlərdəsə səhv axtarmayaq. Kimsə konsert verdi, iki mahnı oxudu, kimsə evində eyvanda güldü, oynadı… Onların da bir gözü ağlayıb, onlar da o çətin dönəmdə çox şəhid analarının göz yaşını silib. Nə tez unutdunuz? Konsert edən heç olmasa əynində hərbi geyimlə Qarabağa aid oxuyub, gülən isə öz evində bəlkə torpağının artıq azad olmağına, gələn ili orada olacağına sevinib gülüb? Əsas o fişəng yandıranlara deyin ürək sözlərinizi. Şəhid anaları qəbr üstündə, fişəng səsindən qulaq batırdı. Şəhidlərimiz hamısı eyni deyildimi bizim üçün? İki il öncə şəhid gəlmirdimi? bu gün də şəhidimiz var. Onlara və analara hörmətlə yanaşmalıyıq. Bilirsiniz, ən böyük problemimiz nədir? Biz nəyi kimə deməliyiksə, onu bilmirik. Yeni il günü bu ölkədə gülən yalnız müğənni olmayıb”.