Qırğızıstan prezidenti vəzifəsini icra edən Sadır Japarov ölkədə keçirilən növbədənkənar prezident seçkilərində qalib gəlir.
7times.az xəbər verir ki, bu barədə Qırğız Respublikasının Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.
Bildirilir ki, seçki məntəqələrinin 90,06 faizinin səslərinin hesablanmasından sonra S.Japarov 79,15 faiz səslə liderdir.
Onun rəqibi Adaxan Madumarov isə 6,56 faiz səs toplayıb.