Dünya

“Whatsapp”ın yeni qərarından sonra hər kəs Markın bu videosunu paylaşır

“Whatsapp”ın yeni qərarından sonra hər kəs Markın bu videosunu paylaşırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“WhatsApp”ın milyonlarla istifadəçisinə tətbiq etdiyi gizlilik razılaşmasına reaksiyalar günü-gündən böyüməyə davam edir.

7times.az xəbər verir ki, bunula bağlı media istifadəçiləri  “Facebook” qurucusu Mark Zukerberqin 2018-ci ildə  ABŞ senatındakı açıqlamalarını yada salıb.  Belə ki,  “Facebook”un məlumat sızması qalmaqalına görə ABŞ Senatında ifadə verən Zukerberqə,  “Hörmətli Zukerberq, dünən gecə qaldığınız otelin adını bizimlə paylaşa bilərsinizmi?”,- deyə Senat sual ünvanlayır.  Lakin Mark “Xeyr” deyə cavab verir. Daha sonra ona “Bəs, sonuncu dəfə kiminlə mesajlaşdınız?” sualına da Mark gülümsəyərək, “Yox deyə bilmərəm” cavab verir.  Senat ” Gizlilik haqqınızdır”, deməklə onu hüquqlarından istifadə etdiyini bildirir.

Xatırladaq ki, “WhatsApp” 8 Fevral 2021-də qüvvəyə minəcək yeni məxfilik siyasətini elan edib.  . Şirkətin veb saytında edilən açıqlamalar göstərir ki, “WhatsApp2 bundan sonra rahatlıqla “Facebook” ilə məlumat mübadiləsi edə bilər. Bundan əlavə, məlumat mübadiləsinə icazə verməyən istifadəçilər “WhatsApp”ı istifadə edə bilməyəcəklər.unikal.org